Xəbərlər
Novruz Bayramı münasibətilə tədbir təşkil olundu.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş tədbir keçirilib.
Tədbir restoranda təşkil olunub və rayonun müxtəlif təhsil müəssisələrində fəaliyyət göstərən ilk təşkilat sədrləri iştirak ediblər. Tədbirin açılışında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bərdə Rayon Komitəsinin sədri Misir Ənvərli çıxış edərək Novruz bayramının xalqımızın milli-mənəvi dəyərlərini, birlik və həmrəyliyini özündə əks etdirən qədim bayramlardan biri olduğunu vurğulayıb. Bildirilib ki, bu cür tədbirlər həmkarlar arasında həmrəyliyin möhkəmləndirilməsinə və əməkdaşlıq münasibətlərinin inkişafına töhfə verir.
Tədbir çərçivəsində ilk təşkilat sədrləri bir araya gələrək baharın gəlişini və milli dəyərlərimizi əks etdirən səmimi mühitdə görüşüblər. İştirakçılar bayram münasibətilə bir-birinə xoş arzularını çatdırıb, həmkarlar arasında qarşılıqlı hörmət və əməkdaşlığın əhəmiyyəti bir daha qeyd olunub.
Səmimi və bayram ab-havasında keçən tədbirdə sədrlər göstərikən diqqət və qayğıya görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin rəhbərliyinə öz təşəkkürlərini bildirlər. Tədbir xoş təəssüratlarla başa çatıb və sonda xatirə şəkili çəkilib.





