“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Novruz Bayramı münasibətilə təşkil olunmuş tədbirdə iştirak etdik

19/03/2026, 10:07
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı

ETİHİ Ağstafa Rayon Komitəsi nin təşkilatlarından olan Asif Abdullayev adına 2 nömrəli tam orta məktəbdə Novruz Bayramı münasibətilə təşkil olunmuş tədbirdə iştirak etdik. Tədbir zamanı məktəbin kollektivi və şagirdlərin hazırladıqları maraqlı əl işləri ilə yaxından tanış olduq. Bayramın ruhunu əks etdirən milli atributlarla bəzədilmiş guşələr və təqdim olunan rəngarəng səhnəciklər tədbirə xüsusi gözəllik qatdı, iştirakçılarda xoş ovqat yaratdı. Bayram münasibətilə məktəbin kollektivi Elm və təhsil işçiləri Həmkarlar İttifaqı tərəfindən səmimi şəkildə təbrik olundu. Eyni zamanda, kollektiv tərəfindən Elm və təhsil işçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin rəhbərliyinə göstərilən diqqət və qayğıya görə dərin təşəkkür və minnətdarlıq ifadə edildi. Qeyd olundu ki, həmkarlar təşkilatının məktəblərdə keçirilən bayram şənliklərində iştirakı ilk dəfədir baş tutur və bu təşəbbüs kollektiv tərəfindən böyük sevinc və yüksək əhval-ruhiyyə ilə qarşılanır. Bu cür görüşlərin təhsil müəssisələrində birlik və həmrəylik mühitinin daha da möhkəmlənməsinə mühüm töhfə verdiyi vurğulandı.

Məktəbin rəhbərliyinə və kollektivinə təşəkkür edirik!




Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: