Xəbərlər
"Novruz bayramı" qeyd edildi
19/03/2026, 12:58

ETİHİ Ağcabədi Rayon Komitəsinin xidməti təşkilatlarından C. Həsənov adına Hüsülü kənd tam orta ümumtəhsil məktəbinin direktoru Baxışov Baxış və həmkarlar təşkilatının sədri Ələsgərova Ülviyyə müəllimin təşkilarçılığı ilə məktəbdə "Novruz bayramı" qeyd edildi.
"Novruz bayramı" tədbirində məktəbin müəllimləri, şagirdləri və valideynlər iştirak etdilər
Novruz rəmzlərini əks etdirən nümunələr, Novruz şeirləri, rəqslər, səhnəciklər nümayiş etdirildi








