“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Novruz bayramı şənliyində Ağstafa şəhər 1 saylı körpələr evi–uşaq bağçasında olduq

16/03/2026, 22:31
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı

ETİHİ Ağstafa Rayon Komitəsi nin təşkilatlarından olan Ağstafa şəhər 1 saylı körpələr evi–uşaq bağçasında olduq. Bağçanın rəhbərliyi və kollektivinin səmimi, isti münasibəti hər kəsi çox məmnun etdi.

Bağçada Azərbaycan xalqının qədim adət-ənənələrini özündə yaşadan Novruz bayramı münasibətilə hazırlanmış bayram şənliyində iştirak etdik. Körpələrin hazırladıqları maraqlı çıxışlar, rəqslər və səhnəciklər tədbirə xüsusi rəng qatdı. Balacaların səmimi və gözəl ifaları hər kəsdə xoş təəssürat yaratdı və tədbir iştirakçıları tərəfindən böyük alqışlarla qarşılandı. Şənliyin ən yaddaqalan məqamlarından biri isə kollektiv və körpələr tərəfindən hazırlanmış Qarabağda tikilən modul tipli evlərin maketi oldu. Böyük zövqlə və yaradıcı yanaşma ilə hazırlanmış bu kompozisiya həm möhtəşəm, həm də çox mənalı idi. Bu təşəbbüs uşaqlarda vətənpərvərlik ruhunun aşılanması baxımından xüsusi əhəmiyyət daşıyırdı.Belə tədbirlər həm uşaqlara milli-mənəvi dəyərlərimizi tanıdır, həm də onların yaradıcılıq qabiliyyətlərinin inkişafına böyük töhfə verir. Ağstafa şəhər 1 saylı körpələr evi–uşaq bağçasının kollektivi Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri cənab Araz Pashayev ə onlara göstərilən diqqət və qayğıya görə dərin təşəkkürünü bildirdi.

Kollektiv tərəfindən qeyd olundu ki, artıq bir ildən çoxdur rayonumuzda Həmkarlar İttifaqının fəaliyyəti və gördüyü işlər hər kəs tərəfindən rəğbətlə qarşılanır və bu fəaliyyət gözəçarpacaq dərəcədə təhsil müəssisələrinin kollektivlərini məmnun edir. Bildirildi ki, göstərilən diqqət və qayğı təkcə təhsil verənlər üçün deyil, eyni zamanda təhsil alan körpələr və şagirdlər üçün də böyük stimul və motivasiya yaradır. Çıxış edənlər vurğuladılar ki, Həmkarlar İttifaqı tərəfindən təhsil işçilərinə göstərilən dəstək və diqqət onların fəaliyyətinə əlavə ruh yüksəkliyi gətirir və kollektivlər tərəfindən yüksək qiymətləndirilir. Kollektiv həmkarlar ittifaqının üzvü olduqlarından məmnun olduqlarını ifadə edərək, bundan sonra da üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışacaqlarını bildirdilər.

Sonda həmkarlar ittifaqının fəaliyyətinə uğurlar arzulandı və gələcəkdə də bu diqqət və qayğının davam edəcəyinə inam ifadə olundu.




Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: