“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Novruz bayramına həsr olunmuş inşa müsabiqəsi.

31/03/2026, 16:18
xeber1


Şirvan-Salyan Regional Təhsil İdarəsi ümumtəhsil məktəblərinin şagirdləri arasında milli adət-ənənələrə hörmət hissinin aşılanması, milli-mənəvi dəyərlərin təbliği və istedadlı şagirdlərin üzə çıxarılması məqsədilə Novruz bayramına həsr olunmuş inşa müsabiqəsi keçirmişdir. Hacıqabul rayonu üzrə ümumtəhsil məktəblərinin V-IX sinif şagirdləri təşkil olunmuş müsabiqədə uğurla iştirak etmişdir.

Müsabiqənin yekunlarına görə Hacıqabul rayonu Mehman Ağayev adına Navahı kənd tam orta ümumtəhsil məktəbinin VI sinif şagirdi Ağazadə Nazənin Rizvan qızı I Yeri , şəhər 9 nömrəli tam orta ümumtəhsil məktəbinin VI sinif şagirdi Muradlı Ayan Rüfət qızı III Yeri qazanmışlar. Qalibləri təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar diləyirik.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: