“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Novruz bayramınız mübarək

19/03/2026, 14:47
xeber1

Göyçay şəhəri Şahkərəm Qurbanov adına 11 nömrəli uşaq bağçası tərəfindən Novruz bayramına həsr olunmuş rəngarəng və yadda qalan tədbir təşkil olunub.


Baharın gəlişini, təbiətin oyanışını və milli-mənəvi dəyərlərimizi özündə əks etdirən bu tədbir böyük coşqu və sevinc içində keçirildi. Bağçanın balaca fidanları Novruzun əsas simvollarını canlandıraraq müxtəlif səhnəciklər nümayiş etdirdilər, şeirlər səsləndirdilər, milli rəqslər ifa etdilər. Onların çıxışları tədbir iştirakçıları tərəfindən böyük maraq və alqışlarla qarşılandı.


Tədbir məkanında qurulan səməni, xonça və Novruz atributları bayram əhval-ruhiyyəsini daha da yüksəltdi. Kosa və Keçəl obrazlarının iştirakı isə uşaqların sevincinə sevinc qatdı, tədbirə xüsusi rəng verdi.


Valideynlər, müəllimlər və qonaqların iştirakı ilə keçirilən bu gözəl bayram proqramı həm uşaqların istedadlarının üzə çıxarılmasına, həm də milli adət-ənənələrimizin gələcək nəsillərə sevdirilməsinə mühüm töhfə verdi.


Bu cür tədbirlər bir daha sübut edir ki, məktəbəqədər təhsil müəssisələrində uşaqların tərbiyəsi yalnız biliklə deyil, həm də milli ruhda formalaşdırılır

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: