“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Novruz düşərgəsi əməkdaşlarımız üçün həm istirahət, həm də peşəkar inkişaf platformasına çevrildi

23/04/2026, 22:58
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Təşkilatının təşəbbüsü ilə ali təhsil müəssisələrinin əməkdaşları, o cümlədən informasiya və kommunikasiya siyasətinə cavabdeh şəxslər üçün Xaçmaz rayonunda yerləşən istirahət mərkəzində Novruz düşərgəsi təşkil olunub.

Düşərgədə Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) və AzMİU-nun nəzdində fəaliyyət göstərən İnşaat Kollecinin əməkdaşları da iştirak ediblər.

Tədbir çərçivəsində iştirakçılar üçün həm zəngin istirahət proqramı, həm də peşəkar ünsiyyət mühiti yaradılıb. Novruz tonqalının ətrafında təşkil olunan görüşlər, müxtəlif əyləncəli və intellektual proqramlar əməkdaşlar arasında həmrəyliyin, komanda ruhunun güclənməsinə töhfə verib. Rahat yerləşmə, yüksək səviyyəli xidmət və təşkil olunan tədbirlər iştirakçıların məmnunluğunu təmin edib.

Düşərgənin əsas fərqləndirici cəhətlərindən biri isə müxtəlif ali təhsil müəssisələrinin ictimaiyyətlə əlaqələr üzrə nümayəndələrinin bir araya gələrək təcrübə mübadiləsi aparması olub. Görüşlər zamanı müasir kommunikasiya çağırışları, media ilə işin təşkili, rəqəmsal alətlərdən istifadə və effektiv piar strategiyaları müzakirə edilib.

Düşərgə çərçivəsində keçirilən intellektual yarışlar xüsusi maraqla qarşılanıb. Yarışın nəticələrinə əsasən, AzMİU əməkdaşlarından ibarət MİT komandası üçüncü yerə layiq görülüb. Birinci yeri isə düşərgədə iştirak edən ali təhsil müəssisələrinin ictimaiyyətlə əlaqələr üzrə nümayəndələrinin təmsil olunduğu “Fərq” komandası qazanıb. Həmin komandanın tərkibində AzMİU-nun PR və Media bölməsinin rəhbəri Nicat Abdullayev də yer alıb.


Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: