Xəbərlər
Novruz hədiyyələrinin paylanması məktəbəqədər təhsil müəssisələrində də uğurla başa çatdı

Novruz bayramı münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağdam Rayon Komitəsi tərəfindən rayon üzrə fəaliyyət göstərən təhsil müəssisələrində çalışan ittifaq üzvlərinə bayram hədiyyələri paylanılıb, onların Novruz bayramı təbrik olunub.
Bayram münasibəti ilə həm məktəblərdə, həm də məktəbəqədər təhsil müəssisələrində çalışan müəllimlər, texniki işçilər və digər əməkdaşlar diqqət və qayğı ilə əhatə olunublar. Hədiyyələrin təqdimatı zamanı milli-mənəvi dəyərlərimizə sadiqlik, birlik və həmrəylik ruhu xüsusi vurğulanıb.
Komitə tərəfindən həyata keçirilən bu təşəbbüs ittifaq üzvləri tərəfindən böyük məmnunluqla qarşılanıb. Onlar göstərilən diqqətə görə təşəkkürlərini bildirərək, bu cür tədbirlərin davamlı olmasının vacibliyini qeyd ediblər.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağdam Rayon Komitəsi bundan sonra da üzvlərinin rifahının yüksəldilməsi və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.








