Xəbərlər
Novruz şənlikləri davam edir
19/03/2026, 10:41

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Cəlilabad Rayon Komitəsinin xidmət sahəsində olan təhsil müəssisələrində Novruz bayramı münasibətilə silsilə tədbirlər davam etdirilir.
Tədbirlərdə ETİHİ Cəlilabad Rayon Komitəsinin və Cəlilabad rayonu üzrə təhsil sektorunun əməkdaşları, məktəblərin müəllim və şagird kollektivləri iştirak edib.
Tədbirlərin bədii hissəsində müəllim və şagirdlərin ifa etdikləri rəngarəng mahnılar, milli rəqslər və səhnəciklər iştirakçılara əsl bayram ovqatı bəxş edib, Novruz ənənələrinin yaşadılmasına töhfə verib.









