Xəbərlər
Novruz şənliyi 341 saylı körpələr evi- uşaq bağçasında
18/03/2026, 17:17

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Yasamal Rayon Komitəsinin fəaliyyət dairəsinə daxil olan 341 saylı körpələr evi-uşaq bağçasında ilk təşkilat sədri Həbibova Sevilin rəhbərlik etdiyi qrup tərəfindən Novruz bayramına həsr olunmuş təntənəli şənlik təşkil olunub.
Tədbir zamanı uşaqların iştirakı ilə rəngarəng kompozisiyalar təqdim edilib, milli rəqslər ifa olunub, balacalara Novruz bayramının zəngin ənənələri və milli-mənəvi dəyərlərimiz barədə ətraflı məlumat verilib.
Şənlik yüksək bayram əhval-ruhiyyəsində və səmimi atmosferdə keçib. 🌿🎉




