“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Novruzun sevinci birlikdə daha gözəldir!

16/03/2026, 10:14
xeber1

16.03.2026-cı il tarixində Şəmkir şəhəri Əhməd Cavad adına tam orta ümumtəhsil məktəbində təşkil olunmuş Novruz bayramı şənliyində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəmkir Rayon Komitəsinin sədri də iştirak edib.


Tədbirdə iştirak edən qonaqlar əvvəlcə məktəbdə təşkil olunmuş Novruz sərgisi ilə tanış olublar. Daha sonra rəsmi hissə Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canından keçmiş şəhidlərimizin xatirəsinin yad edilməsi ilə başlayıb.

Şənlikdə çıxış edənlər Novruz bayramının xalqımızın milli-mənəvi dəyərlərini özündə yaşadan ən qədim və əziz bayramlardan biri olduğunu vurğulayıblar.


Tədbirin bədii hissəsində şagirdlərin hazırladıqları rəngarəng çıxışlar, milli rəqslər, mahnılar və səhnəciklər iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Saz ifası, xor nömrələri və Novruz adət-ənənələrini əks etdirən kompozisiyalar tədbirə xüsusi ruh qatıb. Sonda tonqal alovlandırılıb, yallı rəqsi ifa olunub və bayram yüksək əhval-ruhiyyə ilə başa çatıb.


Novruz bayramınız mübarək! Qoy ocağınızdan bərəkət, qəlbinizdən sevinc əskik olmasın!

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: