Xəbərlər
Novxanı 28 nömrəli uşaq bağçasının kollektivi Şamaxıda
03/08/2026, 15:54

Novxanı qəsəbəsi 28 nömrəli körpələr evi-uşaq bağçası kollektivi üçün Şamaxı rayonuna gəzinti təşkil olunub.
Gəzinti çərçivəsində iştirakçılar Şamaxının görməli yerlərini ziyarət edib, bölgənin təbii və tarixi məkanları ilə tanış olublar. Birgə keçirilən səfər əməkdaşların asudə vaxtının səmərəli təşkili və kollektiv daxilində ünsiyyətin gücləndirilməsi baxımından faydalı olub.
İştirakçılar onlar üçün yaradılan şəraitə və təşkil olunan gəzintiyə görə ETİHİ Abşeron Rayon Komitəsinə təşəkkürlərini bildirərək, bu cür tədbirlərin davamlı keçirilməsinin kollektiv həmrəyliyinin möhkəmlənməsinə və əməkdaşların motivasiyasına müsbət təsir göstərdiyini qeyd ediblər.



