Xəbərlər
Novxanı məktəbinin kollektivi İsmayıllının qonağı olub

Novxanı kənd 1 nömrəli tam orta məktəb kollektivi üçün İsmayıllı rayonuna istirahət səfəri təşkil edilib.
Ekskursiya iştirakçıları İsmayıllının saf təbiəti, dağ mənzərələri və füsunkar guşələri ilə tanış olaraq yaddaqalan bir gün keçiriblər. Səfər müddətində müəllim və işçi heyəti arasında səmimi söhbətlər, xoş ünsiyyət və qarşılıqlı fikir mübadiləsi üçün əlverişli şərait yaranıb.
Belə tədbirlər kollektiv üzvlərinin mənəvi istirahətinə, iş motivasiyasının yüksəlməsinə və həmkarlar arasında birlik ruhunun daha da güclənməsinə xidmət edir. İştirakçılar göstərilən diqqət və qayğıya görə ETİHİ Abşeron Rayon Komitəsinə minnətdarlıqlarını bildirərək, bu cür təşəbbüslərin davamlı olmasının əhəmiyyətini xüsusi vurğulayıblar.







