“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

“NR İnkluziv” mərkəzinin təşkilatçılığı ilə ittifaq üzvü olan təhsil işçiləri üçün psixoloji dəstək təlimləri keçirilir.

07/02/2025, 19:31
xeber1

ATİAHİ-nin dəstəyi ilə “Neuro Academy” psixoloji və nitq inkişaf mərkəzi, “Orvita” psixoloji reabilitasiya mərkəzi eyni zamanda “NR İnkluziv” mərkəzinin təşkilatçılığı ilə ittifaq üzvü olan təhsil işçiləri üçün psixoloji dəstək təlimləri keçirilir.

Layihə çərçivəsində Bakı şəhəri Səbail rayonu T.Məmmədov adına 239 № li tam orta məktəbdə “Neuro Academy” psixoloji və nitq inkişaf mərkəzinin ixtisaslı psixoloqları tərəfindən təhsil işçiləri üçün təlim təşkil edilib. Təlimdə ATİAHİ Səbail Rayon Komitəsinə üzv olan ilk təşkilatların sədrləri və müəllimlər iştirak edib.

Təlimlərin məqsədi təhsil müəssisələrində çalışan işçilərə psixoloji dəstək göstərmək, onların sağlam düşüncələrinin formalaşmasına yardım etmək və şəxsi inkişaflarına töhfə verməklə, şəxsiyyətyönümlü şagirdlərin yetişdirilməsi üçün motivasiya yaratmaqdır.

Təlimlərdə iştirak ödənişsizdir.

 

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: