Xəbərlər
İnsan hüquq və azadlıqları, ailə dəyərləri və gender bərabərliyinə həsr olunmuş maarifləndirici seminar
10/10/2026, 06:01

9 oktyabr 2026-cı il tarixində Mingəçevir Dövlət Universitetində insan hüquq və azadlıqları, ailə dəyərləri və gender bərabərliyinə həsr olunmuş maarifləndirici seminarda iştirak etdik. Tədbirdə erkən və qohumlar arasında nikahın mənfi nəticələri, hüquqi maarifləndirmə və bərabər imkanların təşviqi məsələləri müzakirə olundu. Seminar çərçivəsində tələbələrə hüquqi maarifləndirici broşürlər də paylanıldı.



