Xəbərlər
İnsan hüquqları aylığı çərçivəsində maarifləndirici tədbir keçirilib

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə İnsan hüquqları aylığı çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə vəkillər və hüquqşünaslar iştirak edərək tələbələrə insan hüquqları, vətəndaş hüquq və azadlıqları, həmçinin hüquqi maariflənmənin əhəmiyyəti barədə ətraflı məlumat veriblər. Çıxışçılar gənclərin hüquqi biliklərinin artırılmasının vacibliyini vurğulayaraq iştirakçıların suallarını cavablandırıblar.
Görüş zamanı insan hüquqlarına həsr olunmuş videoçarx nümayiş etdirilib. Videoçarxda insan hüquqlarının qorunması, bərabərlik prinsipləri və cəmiyyətin bu sahədəki məsuliyyəti ilə bağlı məlumatlar yer alıb.
Tədbirin əsas məqsədi tələbələrin insan hüquqları sahəsində məlumatlılığını artırmaq, onların hüquqi biliklərinin inkişafına töhfə vermək və bu mövzuda maarifləndirmə işini gücləndirmək olub.





