Xəbərlər
"İnsan Hüquqları Aylığı" çərçivəsində tədbir keçirilib

03 iyun 2026-cı il tarixində Sübhan Cəbrayılov adına Salyan Peşə liseyində Salyan rayon İcra Hakimiyyətinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQDK) Şirvan-Salyan Regional bölməsinin və Peşə liseyinin birgə təşkilatçılığı ilə "İnsan Hüquqları Aylığı" çərçivəsində "Sağlam ol, yaxşı təhsil al, doğru peşə seç!"adlı tədbir keçirilib.
Tədbirdə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən qəhrəman Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Salyan rayon İcra Hakimiyyətinin ictimai -siyasi və humanitar məsələlər sektorunun aparıcı məsləhətçisi, Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi psixoloqu Sevinc Səmədova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQDK) Şirvan - Salyan Regional bölməsinin əməkdaşı Ülvi Zeynallı, ETİHİ Salyan Rayon Komitəsinin sədri Aynur Əsgərova, Salyan rayon Mərkəzi Xəstəxananın Ailə Sağlamlıq Mərkəzinin terapevti Dürsədəf Əbilova, Salyan rayon Uşaq- Gənclər İnkişaf Mərkəzinin müdiri Yeganə Cəfərova və liseyin direktor əvəzi Elşad Xəlilov mövzu ilə bağlı çıxış ediblər.
Sonda tələbələr seçdikləri ixtisasla bağlı fikirlərini bölüşüblər.











