Xəbərlər
İnsanlıq tarixinin ən faciəli səhifələrindən biri olan Xocalı soyqırımının ildönümü ilə əlaqədar olaraq BMU tələbələri və komitə sədrləri Xocalı abidəsini ziyarət ediblər.
08/07/2026, 10:07

Anım mərasimi çərçivəsində abidə önünə qərənfillər düzülüb, şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad edilib.
Bu ziyarət həm milli yaddaşın qorunması, həm də vətənpərvərlik ruhunun möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. BMU ailəsi bir daha bəyan edir ki, Xocalı qurbanlarının xatirəsi daim ehtiramla anılacaq və ədalət naminə mübarizə davam edəcək.






