“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

N.Tağıyev adına 212 nömrəli tam orta məktəbin kollektivinin Qarababağa unudulmaz səyahəti təşkil edildi

13/05/2026, 13:25
xeber1

9 May tarixində ETİHİ Nərimanov Rayon Komitəsinin tabeliyində fəaliyyət göstərən N.Tağıyev adına 212 nömrəli tam orta məktəbin 41 nəfər ittifaq üzvü ilk dəfə olaraq işğaldan azad edilmiş müqəddəs Qarabağ torpaqlarına səfər etdilər.

ETİHİ Nərimanov Rayon Komitəsinin maliyyə dəstəyi ilə həyata keçirilən bu səfər iştirakçılar üçün unudulmaz duyğularla yadda qaldı. Qarabağın əsrarəngiz təbiəti, yenidən dirçələn şəhər və kəndləri, müqəddəs torpaqların mənəvi ab-havası hər kəsdə böyük qürur və sevinc hissi yaratdı.

Bu ziyarət təkcə bir səfər deyil, həm də doğma torpaqlara mənəvi bağlılığın, tarixi qələbəmizin və birlik ruhunun bir daha yaşanması oldu..

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: