“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

"İntellekt zirvəsi"

09/10/2026, 17:49
xeber1

30 sentyabr 2026-cı il tarixdə Uşaq Səfirlər Məclisinin Şəki üzrə nümayəndəsi Nübar Əbdürəhmanovanın təşəbbüsü, Şəki Şəhər İcra Hakimiyyətinin Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın və Şəki rayonu üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə Şəki şəhər 12 nömrəli tam orta ümumtəhsil məktəbində Uşaq Səfirlər Məclisinin “Bilik yarışı” layihəsi çərçivəsində “İntellekt zirvəsi” adlı intellektual oyun təşkil olunub.


Yarışda Şəki Şəhər İcra Hakimiyyəti başçısı aparatının böyük məsləhətçisi, Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın məsul katibi Günəş Əzimova, Şəki rayonu üzrə Təhsil sektorunun məsləhətçisi Məftunə Abdullayeva,ETİHİ Şəki Şəhər Komitəsinin heyət üzvü İlhamə Kərimova, Şəki şəhər 9 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Aynur Qədirova, Şəki şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin nümayəndələri, Uşaq Səfirlər Məclisinin Şəki rayonu üzrə fəalları, məktəb şagirdləri iştirak ediblər.


Əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

İntellektual oyun şagirdlərdən ibarət 10 komanda arasında təşkil olunub. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışda fəallıq göstərən komandalar öz bilik və bacarıqlarını uğurla nümayiş etdiriblər.

Yarışın yekun nəticələrinə əsasən, 1, 2 və 3-cü yerləri tutan qalib komandalar Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki Şəhər Komitəsi -nin və Şəki rayonu üzrə Təhsil sektorunun fəxri fərmanları ilə təltif olunublar.


Qeyd edək ki, yarışın keçirilməsində əsas məqsəd şagirdlərin intellektual potensialını üzə çıxarmaq, dünyagörüşünü və bilik səviyyəsini artırmaq, eləcə də şagirdlər arasında komanda ilə işləmək bacarığını, əməkdaşlıq vərdişlərini və sağlam rəqabət mühitini formalaşdırmaq olmuşdur.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: