“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

İntellektual bilik yarışı

08/12/2025, 11:13
xeber1

Ağstafada “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş intellektual bilik yarışı keçirilib

Qazax-Tovuz Regional Təhsil İdarəsinin Ağstafa rayonu üzrə Təhsil Sektoru və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağstafa Rayon Komitəsinin birgə təşkilatçılığı ilə rayonun məktəbəqədər təhsil müəssisələrinin müdir və tərbiyəçi-müəllimlərindən ibarət komandaların iştirakı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş intellektual bilik yarışı keçirilmişdir.

Tədbir sektor müdiri Mədəd Zeynalovun giriş nitqi ilə açıq elan edilmiş, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir. Ulu Öndər Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla ehtiramla yad edilmişdir.

Keçirilən yarışın əsas məqsədi məktəbəqədər təhsil müəssisələrinin əməkdaşları arasında hüquqi savadlılığın artırılması, Azərbaycan Respublikasının Konstitusiyası ilə bağlı biliklərin təkmilləşdirilməsi, eləcə də müəssisələr arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi olmuşdur.

İki mərhələdən ibarət bilik yarışı gərgin və maraqlı mübarizə şəraitində keçmiş, nəticələrə əsasən qalib komandalar müəyyənləşdirilmişdir:

I yer – Ağstafa rayonu Dağ Kəsəmən kənd 1 nömrəli körpələr evi-uşaq bağçasının komandası

II yer – Ağstafa şəhər 3 nömrəli körpələr evi-uşaq bağçasının komandası

III yer – Ağstafa şəhər 5 nömrəli körpələr evi-uşaq bağçasının komandası

Sonda qalib komandalar mükafatlandırılmış, iştirakçılara fəallıqlarına görə təşəkkür edilmişdir. Tədbirin belə yarışların keçirilməsinə töhfə verəcəyi, pedaqoji heyətin bilik və bacarıqlarının inkişafına müsbət təsir göstərəcəyi qeyd olunmuşdur.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: