“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Oğuz rayon təhsilinə töhfələr verən müəllimimizi tanıyaq

08/04/2026, 09:07
xeber1

 

     Kərimova Mətanət Elçin qızı Oğuz rayonunda doğulmuşdur. Oğuz şəhər Həbib Babayev adına 1 nömrəli tam orta məktəbi və bitirmişdir. Orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin tarix fakültəsində təhsil almış, 2009-cu ildə universiteti bitirmişdir. 2011-ci ildə Müəllimlərin İşə Qəbulu müsabiqəsində iştirak edərək Oğuz şəhər 3 nömrəli məktəb-liseydə tarix müəllimi kimi fəaliyyətə başlamışdır. 

    2014- 2015-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təşkil olunmuş Respublika Elektron Təhsil müsabiqəsində iştirak edərək 2014-cü ildə  “Təhsildə ən yaxşı internet resurslar nominasiyası" üzrə fərqlənmə diplomuna, 2015-ci ildə II yerə layiq görülmüşdür.

  2017-ci ildə Diaqnostik Qiymətləndirmənin nəticələrinə görə müəllimlər arasında rayon üzrə ən yüksək bal-59 bal toplamışdır.

  2019 - cu ildə Azərbaycan Respublikası Milli Məclisin elm və təhsil komissiyasının və "Gənc Müəllim " şəbəkəsinin birgə təşkilatçılığı ilə keçirilən "İlin Gənc Muəllimi" müsabiqəsinin finalçılarından- 10 müəllimdən biri olmuşdur.

 2020-ci ildə Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IV Qrant müsabiqəsində “Tanıyaq, tanıtdıraq” adlı vətənpərvərlik layihəsi ilə qalib gəlmiş, layihə vətənpərvərlik layihəsi olmuşdur və layihə nəticəsində Oğuz rayonunun I və II Qarabağ müharibəsi şəhidlərindən bəhs edən kitab və sayt ictimaiyyətə təqdim olunmuşdur. 2020-ci ildə ATİAHİ tərəfindən "İlin peşəkar gənci" müsabiqəsində iştirak edərək fərqlənmə diplomuna layiq görülmüşdür

Bundan başqa müəllimin şagirdləri Respublika Fənn Olimpiadalarında uğurla iştirak edirlər. İndiyə kimi şagirdləri arasında 2 qızıl, 3 gümüş və 3 bürünc medal qazanan şagirdlər vardır.

  2022-ci ildə Türk Dövlətləri Təşkilatı , Azərbaycan Respublikası Təhsil Nazirliyi, Türkiyə Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Türk dövlətləri arasında həyata keçirilən I Beynəlxalq Müəllim Mübadiləsi Proqramı çərçivəsində, 6-12 iyun tarixlərində ölkəmizi Türkiyədə təmsil etmişdir.

 Dəfələrlə Oğuz Rayon İcra Hakimiyyətinin, YAP Oğuz Rayon Təşkilatının,ETİHİ Oğuz rayon Komitəsinin, Oğuz Rayon Təhsil Sektorunun, Oğuz Rayon Gənclər və İdman İdarəsinin, Gənclər və İdman Nazirliyinin fəxri fərmanlarına layiq görülmüşdür.

Azərbaycan Respublikasının təhsil işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 5 oktyabr 2021-ci il tarixli Sərəncamı ilə “Tərəqqi” medalına layiq görülmüşdür.

 

 Müəllimimizə gələcək fəaliyyətində uğurlar arzulayırıq.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: