Xəbərlər
Oğuz rayonunda 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir təşkil olunub

02 sentyabr 20226-cı il tarixdə Oğuz rayonunda 5 oktyabr- Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdül-Qədirov, Oğuz rayon Təhsil sektorunun müdiri Sərdar Nəbiyev, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Oğuz rayon komitəsinin sədri Fərman İbrahimov, şəhid ailələrinin üzvləri, rayon ictimaiyyətinin nümayəndələri, ümumtəhsil məktəblərinin, uşaq bağçalarının və məktəbdənkənar müəssisələrin rəhbərləri, eləcə də müəllimlər iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Daha sonra tədbir Oğuz şəhərində yerləşən Emin Abdullayev adına Texniki-Təbiət təmayüllü Liseyin akt zalında davam etdirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub. Ardınca Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdül-Qədirov müəllimləri peşə bayramı münasibətilə təbrik edib. Çıxış zamanı ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından, Ulu Öndər Heydər Əliyevin müəllim əməyinə verdiyi yüksək dəyərdən və Prezident İlham Əliyevin rəhbərliyi ilə təhsil sahəsində həyata keçirilən məqsədyönlü tədbirlərdən bəhs olunub.
Tədbirdə çıxış edən digər iştirakçılar da müəllim əməyinin cəmiyyətin inkişafındakı mühüm rolundan danışaraq, bütün təhsil işçilərini peşə bayramı münasibətilə təbrik ediblər.
Tədbirin sonunda təhsil sahəsində səmərəli fəaliyyəti ilə seçilən, peşə vəzifələrini layiqincə yerinə yetirən bir qrup müəllim və təhsil işçisinə göstərdikləri xidmətlərə görə Fəxri Fərmanlar və hədiyyələr təqdim olunub,xatirə şəkilləri çəkilib.













