Xəbərlər
Oğuzda 8 Noyabr - Zəfər Günü münasibətilə tədbir keçirilib

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Oğuz Rayon Komitəsinin təşkilatçılığı ilə Oğuz Rayon Təhsil Sektoru və Oğuz şəhər Emin Abdullayev adına 2 nömrəli İnternat tipli Texniki və Təbiət Fənləri Təmayüllü Liseyin birgə iştirakı ilə 8 Noyabr - Zəfər Günü münasibətilə tədbir keçirilib.Tədbir başlamazdan əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi və şəhidlərin məzarları ziyarət olunub.Tədbirdə Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbirdə Oğuz Rayon İcra Hakimiyyəti başçısının müavini Aliyə Osmanova, Yeni Azərbaycan Partiyası Oğuz Rayon Təşkilatının sədri Saleh Məhərrəmov, Oğuz Rayon Təhsil Sektorunun müdiri Sərdar Nəbiyev, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Oğuz Rayon Komitəsinin sədri Fərman İbrahimov, şəhid ailələri və müharibə iştirakçıları,
iştirak ediblər.Tədbiri giriş sözü ilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Oğuz Rayon Komitəsinin sədri Fərman İbrahimov açaraq iştirakçıları salamlayıb, onları 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edib.O, çıxışında 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən, torpaqlarımızın işğaldan azad edilməsindən danışıb. Şəhidlərimizin qəhrəmanlığının heç vaxt unudulmayacağını, onların xatirəsinin hər zaman əziz tutulacağını vurğulayıb. Zəfər Günümüzün xalqımız üçün ən böyük bayramlardan biri olduğunu bildirib.Tədbirdə Oğuz Rayon İcra Hakimiyyəti başçısının müavini Aliyə Osmanova, Yeni Azərbaycan Partiyası Oğuz Rayon Təşkilatının sədri Saleh Məhərrəmov, şəhid anası Kişbər Əliyeva, Oğuz şəhər Emin Abdullayev adına 2 nömrəli İnternat tipli Texniki və Təbiət Fənləri Təmayüllü Liseyin direktoru Qəmzə Süleymanova və Oğuz şəhər Nail İbrahimli adına 3 nömrəli Məktəb-Liseyin müəllimi Aygül Süleymanova çıxış ediblər.Çıxışlarda Zəfər Gününün tarixi əhəmiyyətindən, şəhidlərimizin və qazilərimizin qəhrəmanlığından danışılıb, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinin vacibliyi vurğulanıb.Çıxışlardan sonra tədbirin bədii hissəsi təqdim olunub. Liseyin şagirdlərinin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, musiqi nömrələri və rəqslər nümayiş olunub. Bədii hissə iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.Tədbirin sonunda şəhid ailələrinə, müharibə iştirakçılarına və bir qrup təhsil işçisinə Fəxri Fərman və hədiyyələr təqdim olunub.













