“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Oktyabrın 10-u II Qarabağ müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalmış UNEC məzunu Məcidzadə Teymurun ad günü idi.

10/10/2025, 14:03
xeber1

Şəhidimizin ad günü münasibətilə onun ailə üzvləri, “İqtisadiyyat və idarəetmə “fakültəsinin  dekanı i.f.d Elçin Eyvazov, UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Əliyev İlkan və fəal tələbələr məzarını ziyarət edib, əziz xatirəsini ehtiramla yad edərək, məzarı önünə gül dəstələri düzüblər.

Teymur Məcidzadə 1992-ci il oktyabrın 10-da Füzuli rayonunun Gecəgözlü kəndində anadan olub. 1993-cü ildə Füzuli rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsindən sonra ailəsi birlikdə Bakı şəhərinə köçüb.

2010-2014-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Dünya iqtisadiyyatı” ixtisası üzrə təhsil alıb və yüksək göstəricilərlə universitetdən məzun olub.

Sərhəd qoşunları tərkibində əsgəri xidmətini başa vurduqdan sonra, hərbi hissədə qulluq edib. Ordu hissəsində zabit kimi xidmət edib, baş leytenant rütbəsinə qədər yüksəlib. II Qarabağ müharibəsi başlayanda doğulduğu Füzuli rayonunun Gecəgözlü kəndinə yollanıb. Teymur Məcidzadə ağıllı və düşüncəli tədbirləri, yiyələndiyi hərbi biliklərini inamla tətbiq etməsi nəticəsində taborun 104 nəfər əsgərini mühasirədən çıxararaq, tamamilə itkisiz Şuşa istiqamətində yeni döyüş mövqeyini tutmasına nail olub.

2020-ci il 9 noyabrda Vətən müharibəsinin 43-cü günündə, Şuşanın alınmasına saatlar qalmış, Xocavənd-Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

III Fəxri Xiyabanda dəfn olunub.

Ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, “Hərbi xidmətlərə görə”, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Ruhları şad, məkanları cənnət olsun!

 

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: