“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Oktyabrın 20-də Sumqayıt Dövlət Universitetində (SDU) Energetiklər Günü münasibətilə tədbir keçirilib.

26/10/2026, 13:07
xeber1

Oktyabrın 20-də Sumqayıt Dövlət Universitetində (SDU) Energetiklər Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə çıxış edən universitetin rektoru, professor Nurəli Yusifbəyli energetikləri peşə bayramı münasibətilə təbrik edərək, energetika sahəsinin ölkənin iqtisadi inkişafında, enerji təhlükəsizliyinin təmin olunmasında və sənaye potensialının gücləndirilməsində mühüm rolunu vurğulayıb.

Qeyd olunub ki, 1981-ci il oktyabrın 20-də Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə “Azərbaycan” İstilik Elektrik Stansiyasının birinci enerji blokunun istifadəyə verilməsi ölkənin elektroenergetika tarixində mühüm hadisə olub. Bu tarixi gün Prezident İlham Əliyevin 2004-cü il 13 oktyabr tarixli Sərəncamı ilə Energetiklər Günü elan edilib.

Rektor çıxışında energetika sektorunun müasir tələblərinə cavab verən yüksəkixtisaslı kadrların hazırlanmasının və tədrisin keyfiyyətinin artırılmasının SDU-nun əsas prioritetlərindən biri olduğunu bildirib. O, müasir texnologiyaların tədrisə inteqrasiyasının, tələbələrin praktiki bacarıqlarının gücləndirilməsinin və sənaye müəssisələri ilə əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib.

Sonda energetika sahəsində çalışan mütəxəssislərin əməyini yüksək qiymətləndirən Nurəli Yusifbəyli, onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbir çay süfrəsi ətrafında fikir mübadiləsi ilə davam edib

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: