Xəbərlər
Oktyabrın 6-ı II Qarabağ müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalmış UNEC məzunu Verdiyev İsaxın anım günü idi.

Şəhidimizin anım günü münasibətilə onun ailə üzvləri, UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Əliyev İlkan və fəal tələbələr məzarını ziyarət edib, əziz xatirəsini ehtiramla yad edərək, məzarı önünə gül dəstələri düzüblər.
Vətən müharibəsi şəhidi Verdiyev İsax Ədalət oğlu 21 sentyabr 1997-ci ildə Tərtər şəhərində anadan olub. Sentyabrın 27-də başlayan Vətən Müharibəsində fəal iştirak edib. O, oktyabr ayının 6-da Füzuli istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. 7 oktyabr 2020-ci ildə yaşadığı Sumqayıt şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Ruhları şad, məkanları cənnət olsun!








