“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Ölçü Transformatorlarının Xarakteristik Parametrləri" mövzusunda təlim

06/07/2026, 16:43
xeber1

15.11.2025-ci il tarixində Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı, Energetika Fakültəsi THİK-in və "BrainTech" klubun birgə təşəbbüsü ilə "Ölçü Transformatorlarının Xarakteristik Parametrləri" mövzusunda təlim keçirildi.


Təlim zamanı ölçü transformatorlarının növləri, iş prinsipi, nominal parametrləri, dəqiqlik sinifləri, transformasiya əmsalları, yük və səhv faizi kimi anlayışlar izah edildi. Həmçinin təhlükəsizlik tələbləri, sənaye və enerji sistemlərində tətbiq sahələri barədə də məlumat verildi. Mövzu ilə bağlı tələbələri maraqlandıran suallar cavablandırıldı və geniş müzakirələr aparıldı.

Sosial şəbəkələrdə paylaş: