“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Olimpiadaların final mərhələsində iştirak hüququ qazanan şagirdlərlə görüş keçirilib

16/04/2026, 13:23
xeber1

14 aprel 2026-cı il tarixində Şəki-Zaqatala Regional Təhsil İdarəsi tərəfindən Respublika Fənn Olimpiadalarının final mərhələsində iştirak hüququ qazanan şagirdlərlə görüş təşkil olunub.

Görüşdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova, idarənin əməkdaşları, zona üzrə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının şəhər və rayon komitələrinin sədrləri, müəllimlər və qalib şagirdlər iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ardından şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova çıxış edərək respublikamızda istedadlı şagirdlərin aşkar olunmasına daim xüsusi diqqət yetirildiyini, onların inkişafı istiqamətində ardıcıl və məqsədyönlü işlərin görüldüyünü vurğulayıb.

Digər çıxış edənlər də şagirdləri və onların müəllimlərini təbrik edərək, növbəti mərhələdə uğurlar arzulayıblar.

Qeyd edək ki, Qax rayonu üzrə növbəti mərhələdə 2 nəfər şagird iştirak edəcək.

Sonda final mərhələsinə vəsiqə qazanan şagirdlər fəxri fərman və hədiyyələrlə təltif olunublar.

Şagirdlərimizə növbəti mərhələdə uğurlar arzulayırıq!

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: