Xəbərlər
Olimpiadaların final mərhələsində iştirak hüququ qazanan şagirdlərlə görüş keçirilib

14 aprel 2026-cı il tarixdə Şəki-Zaqatala Regional Təhsil İdarəsi üzrə Respublika Fənn Olimpiadalarının final mərhələsində iştirak etmək hüququ qazanan şagirdlərlə görüş keçirilmişdir. Görüşdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova, idarənin əməkdaşları, zona üzrə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı şəhər və rayon komitələrinin sədrləri, müəllimlər və qalib şagirdlər iştirak etmişdir.
Tədbirdə Dövlət Himni səsləndirilmiş, şəhidlərin xatirəsi sükutla yad edilmişdir. Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova çıxış edərək respublikamızda istedadlı şagirdlərin aşkar edilməsinə daima diqqət yetirildiyini, şagirdlərin gələcək inkişafı istiqamətində davamlı işlər görüldüyünü qeyd etdi. Tədbirdəki digər çıxış edənlər şagirdləri və müəllimləri təbrik edib, növbəti mərhələdə onlara uğurlar arzulayıblar.Oğuz rayonunu növbəti mərhələdə müxtəlif fənlər üzrə 19 nəfər şagird təmsil edcək.
Final mərhələsinə vəsiqə qazanan şagirdlərə fəxri fərman və hədiyyələr təqdim olunub.
Növbəti mərhələdə şagirdlərimizə uğurlar arzulayırıq!












