Xəbərlər
Ölkəmizi tanıyaq, birliyimizi daha da möhkəmləndirək

Ölkəmizi tanıyaq, birliyimizi daha da möhkəmləndirək!
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası , Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin dəstəyi ilə təşkil olunan sosial layihələr çərçivəsində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı ETİHİ Ağstafa Rayon Komitəsi nin təşkilatlarından olan Qaçaq Kərəm kənd tam orta məktəbinin bir qrup müəllimi Gədəbəy rayonuna yaddaqalan səfər etdilər.
Təbiətin füsunkar gözəlliyi, zəngin tarixi və saf dağ havası ilə seçilən Gədəbəy müəllimlərdə xoş təəssüratlar yaratmış, səfər iştirakçıları rayonun gəzməli-görməli məkanları ilə yaxından tanış olmuş, mənalı və səmərəli istirahət keçirdilər. Bu cür səfərlər müəllimlərin gündəlik iş yükündən bir qədər uzaqlaşmasına, mənəvi dincəlməsinə, həmkarlar arasında dostluq və həmrəylik münasibətlərinin daha da möhkəmlənməsinə mühüm töhfə verir.
Səfərdə iştirak edən həmkarlar ittifaqı üzvləri göstərilən diqqət və qayğıya görə dərin məmnunluqlarını ifadə edərək, ölkəmizin müxtəlif guşələrini tanımaq üçün belə layihələrin davamlı təşkil olunmasını yüksək qiymətləndirdilər. Onlar bu gözəl təşəbbüsə görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəhbərliyinə, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə, eləcə də təşkilati dəstəyə görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağstafa Rayon Komitəsinə səmimi minnətdarlıqlarını bildirdilər. Müəllimlər qeyd etdiər ki, belə səfərlər təkcə istirahət deyil, həm də vətənimizin gözəlliklərini yaxından tanımaq, milli-mənəvi dəyərlərimizi daha dərindən hiss etmək və kollektiv ruhunu gücləndirmək baxımından böyük əhəmiyyət daşıyır.
İnanırıq ki, təhsil işçilərinin sosial rifahının yüksəldilməsinə, onların asudə vaxtının səmərəli təşkilinə xidmət edən bu cür layihələr gələcəkdə də uğurla davam etdiriləcək və daha çox həmkarımız bu gözəl imkanlardan faydalanacaqdır.





