“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Ölkəmizin daha bir dilbər guşəsinə səfər təşkil edilib.

06/07/2026, 16:10
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Salyan Rayon Komitəsinin təşkilatçılığı və dəstəyi ilə 05 iyul 2026-cı il tarixində S.Cəbrayılov adına Salyan Peşə Liseyinin müəllim kollektivi üçün ölkəmizin yüksək turizm potensialına malik guşələrindən biri olan Şəki rayonuna ekskursiya təşkil edilib.

Bölgənin zəngin təbiəti, əsrarəngiz mənzərələri və çoxəsrlik tarixə malik mədəniyyət abidələri səfəri daha yaddaqalan edib. İştirakçılar Şəkinin qədim və özünəməxsus dadı ilə seçilən mətbəxinin qonağı olub, birlikdə yaddaqalan xoş, səmimi anlar yaşayıblar.

Səfər boyu paylaşılan maraqlı söhbətlər və birlikdə yaşanan sevinc dolu anlar həmkarlar arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə səbəb olub.

Onlar birlikdə keçirdikləri bu gözəl günün təşkili və göstərdiyi diqqətə görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqına öz minnətdarlıqlarını bildiriblər.

Təhsil işçilərinin asudə vaxtının və istirahətinin səmərəli təşkili, onlar arasında birlik və həmrəylik münasibətlərinin tənzimlənməsi ETİHİ Salyan Rayon Komitəsinin əsas fəaliyyət istiqamətlərindəndir.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: