Xəbərlər
Ölkəmizin dilbər guşələrinə ekskursiyalar təşkil edilib.

ETİHİ Salyan Rayon Komitəsinin dəstəyi ilə 14 və 15 iyun tarixlərində Salyan şəhəri M.Muradxanov adına 6 nömrəli və Salyan rayonu Z.Həmidov adına Çuxanlı kənd tam оrtа ümumtəhsil məktəblərinin kollektivləri üçün İsmayıllı və Qəbələ rayonlarına ekskursiyalar təşkil olunub. Səfər zamanı iştirakçılar bölgənin tarixi məkanları , görməli yerləri ilə tanış olub, maraqlı və yaddaqalan anlar yaşayıblar.
Ekskursiyaların əsas məqsədi ittifaq üzvlərinin asudə vaxtlarının səmərəli təşkili, onlar arasında birlik, bərabərlik, qarşılıqlı hörmət və mehriban münasibətlərin daha da möhkəmləndirilməsi, kollektiv ruhunun gücləndirilməsi olub.
Səfərlər iştirakçılar tərəfindən böyük məmnunluqla qarşılanıb və xoş təəssüratlarla yadda qalıb.








