“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Ölkəmizin dilbər guşələrinə ekskursiyalar təşkil edilib.

29/06/2026, 16:22
xeber1

ETİHİ Salyan Rayon Komitəsinin dəstəyi ilə 27-28 iyun tarixlərində Salyan rayonu M.Dadaşov adına Kür Qaraqaşlı kənd, A.İbadov adına Pambıqkənd kənd, C.Məmmədov adına Qaraçala kənd tam orta ümumtəhsil məktəblərinin kollektivləri üçün Lerik , Lənkəran və Astara rayonlarına ekskursiyalar təşkil olunub. Səfər zamanı iştirakçılar bölgənin tarixi məkanları , görməli yerləri ilə tanış olub, maraqlı və yaddaqalan anlar yaşayıblar.

Ekskursiyaların əsas məqsədi ittifaq üzvlərinin asudə vaxtlarının səmərəli təşkili, onlar arasında birlik, bərabərlik, qarşılıqlı hörmət və mehriban münasibətlərin daha da möhkəmləndirilməsi, kollektiv ruhunun gücləndirilməsi olub.

Səfərlər iştirakçılar tərəfindən böyük məmnunluqla qarşılanıb və xoş təəssüratlarla yadda qalıb.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: