“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Ölkəmizin müxtəlif bölgələrinə gəzintilər təşkil edilib

05/07/2026, 16:21
xeber1

ETİHİ Salyan Rayon Komitəsinin təşkilati dəstəyi ilə Salyan rayonu M.Salmanov adına Xurşud kənd ümumi orta ümumtəhsil məktəbinin,

Salyan şəhəri A. Səfərov adına İnteqrasiya təlimli İnternat tipli gimnaziyanın və Salyan şəhəri A.Pənah adına 1 nömrəli humanitar fənlər təmayüllü məktəb - liseyin müəllim kollektivləri üçün Qəbələ - İsmayıllı və Lerik - Lənkəran rayonlarına ekskursiyalar təşkil edilib.

İttifaq üzvlərinin asudə vaxtının səmərəli təşkili və mənəvi istirahətlərinin təmin olunması məqsədilə təşkil edilən səfərlər çərçivəsində iştirakçılar bölgələrimizin görməli yerlərini ziyarət edib, zəngin təbiət və turizm məkanları ilə yaxından tanış olublar.

Ekskursiya zamanı müəllimlər xoş və yaddaqalan anlar yaşayıb, səmimi ünsiyyət mühitində istirahət ediblər. İştirakçılar bu cür sosial yönümlü tədbirlərin kollektivdə birlik və həmrəyliyin möhkəmlənməsinə, eyni zamanda iş motivasiyasının yüksəlməsinə müsbət təsir göstərdiyini vurğulayıblar.

Səfər iştirakçıları ETİHİ Salyan Rayon Komitəsinə onların sosial rifahının yaxşılaşdırılması və asudə vaxtlarının səmərəli təşkili istiqamətində gördüyü işlərə görə minnətdarlıqlarını bildiriblər.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: