Xəbərlər
Ömrün 65-ci baharı
30/04/2026, 11:43

Çərəkə kənd uşaq bağçasının dəyərli həmkarı Məmmədova Validə xanımın 23 aprel 2026-cı il tarixində 65 yaşı tamam olmuş və o, uzun illərin zəhmətindən sonra təqaüdə yola salınmışdır.
Validə xanım çalışdığı müddət ərzində kollektivin hörmət və rəğbətini qazanmış, uşaqlara göstərdiyi qayğı və səmimiyyəti ilə hər zaman seçilmişdir. Onun zəhməti, sadəliyi və mehribanlığı hər birimizin yaddaşında xoş xatirə kimi qalacaq.
Hörmətli həmkarımızı bu əlamətdar gün münasibətilə ürəkdən təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür və sevdikləri ilə birlikdə xoşbəxt, firavan həyat arzulayırıq!







