Xəbərlər
Ömrün 65-ci ili
18/02/2026, 12:46

Ağdam Dövlət Peşə Təhsil Mərkəzinin direktor müavini Ağayev Fazil Abbas oğlunun 65 yaşı tamam olması münasibətilə tədbir keçirilib.
Tədbir zamanı səmərəli fəaliyyətinə görə Ağayev Fazil Abbas oğluna Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağdam Rayon Komitəsi tərəfindən fəxri fərman və hədiyyə təqdim olunub.
Çıxış edənlər yubilyarı əlamətdar gün münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, uzun ömür və gələcək fəaliyyətində uğurlar arzulayıblar.





