“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Ömrünü təhsilə həsr edən müəllim

13/02/2026, 14:43
xeber1

İbtidai sinif müəllimi uşaqların məktəb həyatına atdığı ilk addımlarda onlara yol göstərən, savadın əsaslarını öyrədən və mənəvi dəyərləri aşılayan ən dəyərli insanlardan biridir. Onun səbri, qayğısı və zəhməti şagirdlərin gələcək uğurlarının möhkəm təməlini təşkil edir.

Sumqayıt şəhər 3 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Hümbətova Səadət Abuzər qızının 65 illik yubileyi münasibətilə səmimi görüş keçirilmişdir. Tədbirdə müəllimənin uzun illər ərzində göstərdiyi pedaqoji fəaliyyət, yüksək peşəkarlığı, şagirdlərə olan diqqət və sevgisi xüsusi vurğulanmışdır.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Sumqayıt Şəhər Komitəsi olaraq Səadət müəlliməni əlamətdar yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və ailə səadəti arzulayırıq.

Görüşün sonunda yubilyara gül dəstəsi, təşəkkürnamə və qiymətli hədiyyə təqdim olunmuşdur.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: