“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Ömrünü təhsilə həsr edən müəlliməyə yubiley ehtiramı

29/10/2026, 13:12
xeber1

Bərdə rayon Piyadalar kənd körpələr evi-uşaq bağçasının direktoru Quliyeva Adilə Əyyub qızının 65 illik yubileyi münasibətilə təbrik mərasimi keçirilib.

Uzun illərdir məktəbəqədər təhsil sahəsində çalışan Adilə Quliyeva uşaqların tərbiyəsi,səmərəli fəaliyyəti və məsuliyyətli əməyi yüksək qiymətləndirilib.

Yubiley münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsi tərəfindən Fəxri Fərman və hədiyyə təqdim olunub.

Tədbirdə çıxış edənlər yubilyarı 65 illik yubileyi münasibətilə təbrik edərək, ona möhkəm cansağlığı, uzun ömür və gələcək fəaliyyətində uğurlar arzulayıblar.

Sonda xatirə şəkili çəkdirilib.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: