Xəbərlər
Ömrünü təhsilə həsr edən müəllimlər !

Bu günlərdə F.Süleymanov adına şəhər 3 nömrəli tam orta ümumtəhsil məktəbində tədbir keçirilmişdir.Tədbirin əsas məqsədi körpə ürəklərdə günəş tək yanan ibtidai sinif müəllimi Abbasova Sevda Əli qızı,həyatda əyrini doğrunu görən kimya elminin sirlərini öyrədən Abzarova Zeyvə Məmmədhəsən qızı və gözünün nurunu gözlərə verən rus dili müəllimi Şirəliyeva Zinyət Ağayar qızının çalışmalarının yaş həddi ilə əlaqədar olaraq təqaüdə yola salınması idi. Tədbirdə ETİHİ Hacıqabul Rayon Komitəsinin sədri Kifayət Əmirbəyova, məktəbin pedaqoji kollektivi ilə bərabər hal-hazırda təqaüddə olan müəllimlərdə iştirak edirdi.
Kifayət müəllimə yubilyarları 65 yaşı tamam olmağı münasibətilə təbrik etdi,xoş arzularını bildirərək ömrünü təhsilə həsr edən müəllimlərə Fəxri Fərman, gül dəstəsi və qiymətli hədiyyə təqdim etdi.







