“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Ömrünün 65-ci baharı

16/10/2025, 14:33
xeber1

Göyçay rayonu N.Həsənov adına Üngütlü kənd ümumi orta ümumtəhsil məktəbinin müəllimi Səlimova İradə Ağarəhim qızı ömrünün 65-ci baharını qeyd etdi.

  Bu əlamətdar gün münasibətilə ETİHİ Göyçay Rayon Komitəsinin sədri Kəmalə Səmədova tərəfindən təşkil olunan gözlənilməz təbrik İradə müəlliməni çox sevindirdi. 

  Tədbirdə məktəbin direktoru və müəllim kollektivi də iştirak edərək, uzun illər gənc nəslin təlim-tərbiyəsinə həsr olunmuş səmərəli fəaliyyətinə görə İradə müəlliməyə dərin təşəkkürlərini bildirdilər. 

  Səmimi duyğularla dolu bu görüş bir daha müəllim əməyinə olan hörmətin və dəyərin bariz nümunəsinə çevrildi. 

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: