Xəbərlər
Ömrünün 80-ci ildönümünü qeyd edən Aminə Məlik qızı Ağalarovanı ETİHİ Salyan Rayon Komitəsinin sədri Aynur Əsgərova təbrik edib.

Aminə Ağalarova uzun illər məktəbəqədər təhsil müəssisələrinin müdiri vəzifəsində çalışaraq, ömrünün ən gözəl və məhsuldar dövrünu körpələrin mənəvi, əqli və fiziki inkişafının formalaşmasına həsr edərək, özünün zəngin pedaqoji təcrübəsi, yüksək insani keyfiyyətləri və idarəçilik bacarıqları ilə həm həmkarlarının, həm də valideynlərin dərin rəğbət və ehtiramını qazanıb.
İşlədiyi uzun illər ərzində cəmiyyətimizə göstərdiyi xidmətlər daim yüksək qiymətləndirilib.
Komitə sədri yubilyarı təbrik edərək ona sağlıqlı və bərəkətli ömür arzulayıb. O, qeyd edib ki, qazandığınız sevgi, hörmət və nüfuz sizin ən böyük sərvətinizdir.
Daha sonra yubilyar və ailə üzvləri ilə xatirə şəkilləri çəkdirilib.
Aminə Ağalarova ona göstərilən diqqət və dəyərə görə dərin minnətdarlığını bildirib.





