Xəbərlər
Ömür yolu

Göyçay şəhəri 12 nömrəli körpələr evi-uşaq bağçasında uzun illər səmərəli fəaliyyəti, körpələrin təlim-tərbiyəsində göstərdiyi əvəzsiz xidmətləri ilə kollektivin hörmət və rəğbətini qazanan Mehdiyeva Şəkərxanım Fazil qızının 65 illik yubileyi münasibətilə tədbir keçirildi.
Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göyçay Rayon Komitəsinin nümayəndəsi iştirak edərək yubilyarı təbrik etdi, ona möhkəm can sağlığı, uzun ömür və bundan sonrakı həyatında da xoş günlər arzuladı.
Səmimi və xoş ovqatda keçən tədbirdə kollektiv tərəfindən Şəkərxanım müəllimənin təhsil sahəsindəki zəhməti, insanpərvərliyi və nümunəvi fəaliyyəti xüsusi vurğulandı. Qeyd olundu ki, onun illərlə topladığı təcrübə və qayğıkeş münasibəti hər zaman gənc nəslə örnək olacaq.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göyçay Rayon Komitəsi olaraq Mehdiyeva Şəkərxanım Fazil qızını yubileyi münasibətilə bir daha ürəkdən təbrik edir, ona ailə səadəti, sağlam və mənalı ömür arzulayırıq.





