Xəbərlər
Ömürə verilən dəyər
23/12/2025, 23:32

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı
tərəfindən üzv təşkilatlarından olan təhsil müəssisələrində çalışan bir neçə həmkar üzvün yubiley yaşları Yeni il ərəfəsində qeyd edilmişdir.
Həmçinin həmkarlar təşkilatının fəaliyyətində
aktivlikləri ilə seçilən həmkar sədrlər təşəkkürnamə ilə təltif olunmuşdur.
Keçirilən görüş və göstərilən diqqət yubilyar müəllimlər tərəfindən böyük məmnunluqla qarşılanmışdır.
Bu münasibətlə yubilyarlar təhsil işçilərinə daim göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, həmçinin Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildirmişlər.








