Xəbərlər
Osmanova Güləbətin Cənnətalı qızının çalışmanın son yaş həddinə çatması münasibətilə yubiley tədbiri keçirilmişdir.

Bu gün ETİHİ İsmayıllı Rayon Komitəsinin ilk təşkilatı şəhər 7 nömrəli tam orta ümumtəhsil məktəbində ömrünün 36 ilindən çoxunu təhsilin inkişafına həsr etmiş məktəbin texniki işçisi Osmanova Güləbətin Cənnətalı qızının çalışmanın son yaş həddinə çatması münasibətilə yubiley tədbiri keçirilmişdir.
Tədbirdə ETİHİ Rayon Komitəsinin sədri Hafiz Kərimov və kollektiv üzvləri iştirak etdilər. Uzun illər məktəbdə xadimə vəzifəsində çalışan, məktəbin təmizliyinə,səliqə sahmanına, gigiyenik qaydalarına məsuliyyətlə əməl etmiş ,yaxşı işçi, gözəl ana Güləbətin xanım haqqında hamının xoş xatirələri və səmimi arzuları dinlənildi.
Yubilyara sağlam ömür və xoş istirahət arzulayan komitə sədri onu ETİHİ Rayon Komitəsinin fəxri fərmanı və qiymətli hədiyyəsi ilə mükafatlandırdı.
Bütün təhsil İctimaiyyəti adından Güləbətin Osmanovanı 65 yubiley yaşının tamam olması münasibətilə təbrik edir,ona sağlam ömür və xoş istirahət arzulayırıq.








