Xəbərlər
Padar qəsəbə məktəbində Həmkarlar İttifaqının yeni sədri seçilib.

Hacıqabul rayon Padar qəsəbə tam orta ümumtəhsil məktəbində Həmkarlar İttifaqı təşkilatının ümumi iclası keçirildi.
İclasda ETİHİ Hacıqabul Rayon Komitəsinin sədri iştirak etdi. Sədr çıxışı zamanı müəllimləri yeni dərs ili münasibətilə təbrik edərək, onlara uğurlar arzuladı. Həmçinin Həmkarlar İttifaqının fəaliyyəti və qarşıda duran vəzifələr barədə məlumat verdi.
İclas zamanı namizədlər arasından Tağıyeva Vəfa Novruz qızı səsvermə yolu ilə Padar qəsəbə tam orta ümumtəhsil məktəbinin ilk Həmkarlar İttifaqı təşkilatının sədri seçildi.
ETİHİ Hacıqabul Rayon Komitəsi olaraq yeni seçilmiş sədr Tağıyeva Vəfa Novruz qızını səmimi-qəlbdən təbrik edir, ona gələcək həmkarlar ittifaqı fəaliyyətində uğurlar, yeni nailiyyətlər və məsuliyyətli işində müvəffəqiyyətlər arzulayırıq.
Məktəbə yeni təyin olunmuş müəllimlər də Həmkarlar İttifaqının fəaliyyətinə qoşulmaq arzularını ifadə edərək ərizə ilə müraciət etdilər və təşkilatın sıralarına üzv qəbul olundular. Yeni üzv olan müəllimləri də səmimi-qəlbdən təbrik edir, onlara uğurlar, yeni nailiyyətlər və gələcək işlərində müvəffəqiyyətlər arzulayırıq.






