Xəbərlər
Parlaq gələcək-gənclərlə gələcək!

Aprelin 14-də Şəki-Zaqatala Regional Təhsil İdarəsinin təşkilatçılığı və Şəki-Zaqatala bölgəsi üzrə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Komitələrinin dəstəyi ilə Respublika fənn olimpiadalarının final mərhələsində iştirak etmək hüququ qazanan şagirdlərlə görüş keçirilib.
Şəki şəhər 7 nömrəli tam orta ümumtəhsil məktəbinin akt zalında keçirilən görüşdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova, müdir müavini Hafiz Pənahov,ETİHİ Şəki Şəhər Komitəsinin sədri Ziyafət Xasiyeva,Şəki-Zaqatala Regional Təhsil İdarəsinin İnzibati Təşkilat Sektorunun müdiri Rauf Əsədov,Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Təhsilin Keyfiyyəti Sektorunun müdiri Alqış Həsrətov,Şəki Rayonu üzrə Təhsil Sektorunun müdiri Zamik Cəbiyev,sektor müdirləri, Şəki-Zaqatala Regionu üzrə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Komitələrinin sədrləri,sektor müdirləri,məktəb direktorları, müəllimlər,valideynlər və qalib şagirdlər iştirak edib.
Tədbir Dövlət Himninin səsləndirilməsi və Vətənimizin azadlığı uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan Rauf Əsədov fənn olimpiadalarında qalib olan şagirdləri təbrik edib, onların uğurlarının zəhmət, bilik və əzmkarlığın nəticəsi olduğunu vurğulayıb.
Çıxış edənlər-Günay Mahmudova və Ziyafət Xasiyeva son illərdə ölkəmizdə istedadlı şagirdlərin aşkara çıxarılmasına xüsusi diqqət yetirildiyini, onların bilik və bacarıqlarının inkişafı istiqamətində məqsədyönlü işlər görüldüyünü bildiriblər.
Fərqlənən şagirdlərə uğurlar arzulayıb, onların gələcədə daha böyük müvəffəqiyyətlər qazanmaları üçün müsabiqə və olimpiadalarda iştiraklarının əhəmiyyətini vurğulayıblar.
Daha sonra çıxış edən məktəblilər tədbirin təşkilatçılarına təşəkkürlərini bildiriblər
Tədbir Uşaq- Gənlər İnkişaf Mərkəzinin şagirdləri tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiyalar ilə davam edib.
Sonda şagirdlərə Şəki- Zaqatala Regional Təhsil İdarəsinin və Şəki-Zaqatala Regionu üzrə Elm və Təhsil İşçiləri Həmlarlar İttifaqı Komitələrinin fəxri fərmanları və hədiyyələri təqdim olunub.
Qeyd edək ki, fənn olimpiadalarının yarımfinal mərhələsində 8 fənn üzrə Şəki-Zaqatala regionu üzrə ümumilikdə, 815 şagird iştirak edib. Mərhələnin nəticələrinə əsasən, olimpiadaların final mərhələsinə Şəki rayonu üzrə 38 -i Kimya-Biologiya Təmayüllü Lisey olmaqla ümumilikdə, 47 nəfər şagird vəsiqə qazanıb.





















