Xəbərlər
Pedaqoji əməyə verilən dəyər

Bərdə rayonu Tumaslı kənd ümumi orta ümumtəhsil məktəbinin müəllimi Quliyeva Kəmalə Allahverdi qızının 65 illik yubileyi münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsinin sədri Misir Ənvərli məktəbdə olub.
Görüş zamanı Misir Ənvərli Kəmalə müəlliməni 65 illik yubileyi münasibətilə təbrik edərək, onun uzun illər təhsil sahəsində göstərdiyi səmərəli fəaliyyətini, pedaqoji əməyini və gənc nəslin təlim-tərbiyəsindəki xidmətlərini yüksək qiymətləndirib.
Yubiley münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsi tərəfindən Kəmalə Quliyevaya Fəxri Fərman və hədiyyə təqdim olunub.
Kəmalə müəllimə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.
Sonda yubilyara möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və pedaqoji fəaliyyətində uğurlar arzulanıb.



