Xəbərlər
Pedaqoji fəaliyyətə həsr olunmuş 65 il

Bərdə rayon Qabil Bayramov adına Piyadalar kənd ümumi orta ümumtəhsil məktəbində ibtidai sinif müəllimi Fəzalıyeva Tahirə Mirzalı qızının 65 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsinin sədri, məktəb rəhbərliyi və müəllim kollektivi iştirak edib. Çıxışlarda Tahirə Fəzalıyevanın uzunillik pedaqoji fəaliyyəti, təhsil sahəsində göstərdiyi xidmətlər və şagirdlərin təlim-tərbiyəsindəki əməyi yüksək qiymətləndirilib.
Yubilyara möhkəm cansağlığı, ailə səadəti və pedaqoji fəaliyyətində uğurlar arzulanıb.
Tədbirin sonunda Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsi tərəfindən Fəzalıyeva Tahirə Mirzalı qızına 65 illik yubileyi münasibətilə Fəxri Fərman və hədiyyə təqdim olunub.




