“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Pedaqoji fəaliyyətə həsr olunmuş 65 illik ömür yolu

17/11/2026, 12:17
xeber1

17 noyabr 2026-cı il tarixində Çinarlı kənd tam orta ümumtəhsil məktəbinin uzun illər ilk həmkarlar ittifaqı təşkilatının sədri, qabaqcıl təhsil işçisi, coğrafiya müəllimi Yeganə Sübhanverdiyevanın 65 illik yubileyi qeyd olunub. Uzun illər pedaqoji fəaliyyət göstərən Yeganə müəllimə peşəkarlığı, yüksək məsuliyyəti, zəngin təcrübəsi və məktəbin ictimai həyatında fəal iştirakı ilə seçilmişdir. O, həmkarlar ittifaqı təşkilatının fəaliyyətinin düzgün və səmərəli qurulmasında, üzvlər arasında həmrəyliyin möhkəmləndirilməsində, sağlam mənəvi-psixoloji mühitin formalaşdırılmasında mühüm xidmətlər göstərmiş, kollektivin dərin hörmət və rəğbətini qazanmışdır.

Onun təhsilalanların bilik və dünyagörüşünün formalaşmasına, məktəbin inkişafına, pedaqoji kollektivdə birlik və həmrəyliyin qorunmasına verdiyi töhfələr uzunillik səmərəli fəaliyyətinin bariz nümunəsidir. 65 illik yubileyi münasibətilə Yeganə Sübhanverdiyeva Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Quba rayon komitəsi tərəfindən diplomla təltif olunub. Yubiley münasibətilə Yeganə müəlliməni ürəkdən təbrik edir, uzun illər ərzində təhsil sahəsinə və həmkarlar ittifaqı hərəkatına verdiyi töhfələrə, səmərəli əməyinə görə təşəkkürümüzü bildiririk. Tədbirin yüksək səviyyədə təşkilinə, yubilyara göstərilən diqqətə və səmimi təbriklərə görə məktəbin direktoru Sevil Allahverdiyevaya və bütün məktəb kollektivinə minnətdarlığımızı ifadə edirik. Yeganə müəlliməyə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və həyatının bundan sonrakı illərində bol sevinc, xoş günlər arzulayırıq!

Gallery Image

Sosial şəbəkələrdə paylaş: